İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 49 yaşlı Rafiq Səmədov saxlanılıb.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xiudməti məlumat yayıb.
Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 65 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Rafiq Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.
