ABŞ-də 4 yaşlı uşaq ehtiyatsızlıqdan 2 yaşlı qohumunu güllələyərək ölümünə səbəb olub.
Medianews.az xəbər verir ki, faciə Florida ştatında baş verib.
Ailə azyaşlının ad gününü qeyd etmək üçün Corciya ştatından Orlandoya gəlib. Böyüklər kirayə götürdükləri evdə qeydiyyatdan keçmək üçün avtomobildən düşərkən uşaqları maşında tək qoyublar. Avtomobildə uşağın anasına məxsus tapança da qalıb.
4 yaşlı uşaq silahı taparaq onunla oynayarkən təsadüfən atəş açıb. Güllə 2 yaşlı uşağa dəyib. Yaralı uşaq dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisədən sonra ailə üzvlərindən biri güclü stress səbəbindən sinə ağrıları ilə xəstəxanaya yerləşdirilib.
Medianews.az