Medianews.az
Tibb bacısı yeni doğulan körpəni öz övladı kimi
85 baxış

Tibb bacısı yeni doğulan körpəni öz övladı kimi göstərmək istədi

Braziliyada doğum evinin əməkdaşı yeni doğulan körpəni oğurlamağa cəhd edib. 35 yaşlı Auriseliya de Souza Roşa işlədiyi doğum evindən körpəni çıxararaq onu öz övladı kimi təqdim etmək istəyib.

Medianews.az xəbər verir, hadisə iyulun 6-da baş verib.

Həmin gün növbədə olmayan qadın tibbi forma geyinərək xəstəxanaya gəlib və özünü tibb bacısı kimi təqdim edib. O, körpənin xalası ilə yaxınlaşaraq uşağı analizlərə aparacağını bildirib.

Körpəni götürdükdən sonra Roşa palatalardan birinə keçib. Bir neçə dəqiqə sonra isə uşaqsız, böyük qara çanta ilə çıxıb. Körpənin xalası şübhələnərək onun arxasınca gedib və qadın paltarını dəyişmək üçün tualetə daxil olarkən çantaya baxıb. Çantanın içində körpə aşkarlanıb və dərhal anasına qaytarılıb.

Araşdırma zamanı Roşanın evində körpə çarpayısı və uşaq üçün digər əşyalarla tam hazırlanmış otaq tapılıb. Onun sevgilisi qadının hamilə olduğuna inandığını və körpənin gəlişinə birlikdə hazırlaşdıqlarını bildirib. Lakin istintaq Roşanın əslində hamilə olmadığını müəyyən edib.

Qadın hazırda həbsdədir. Vəkilləri onun psixoloji problemləri olduğunu iddia etsələr də, aparılan ekspertiza bu faktı təsdiqləməyib.

Medianews.az

Bizə qoşulun