Medianews.az
Xəzər geri çəkildi, nəhəng beton bünövrələr üzə çıxdı
78 baxış

Xəzər geri çəkildi, nəhəng beton bünövrələr üzə çıxdı

Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.

APA xəbər verir ki, çay daşlarından istifadə olunaraq qurulan bu tikililərin bir vaxtlar sahilboyu ərazilərdə mövcud olan mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal edilir.

2000-ci illərə kimi dəniz suyunun artması nəticəsində beton divarlar suyun altında qalıb.

Qeyd edək ki, son illərdə Xəzər dənizinin geri çəkilməsi sahilboyu ərazilərdə, tikililər, bünövrələr, eləcə də irigövdəli ağacların köklərinin yenidən görünməsinə səbəb olub. 

Bizə qoşulun