Medianews.az
Türkiyə Qəzzaya qoşun göndərməyə hazırıq -
41 baxış

Türkiyə Qəzzaya qoşun göndərməyə hazırıq - Fidan

Türkiyə, tələb olunarsa, Qəzza zolağına beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində qoşun göndərməyə hazırdır.

Medianews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Qəzza sülh planının müddəalarından biri orada beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutur. Bu vacibdir. Əgər bu, həyata keçirilərsə, inanıram ki, bu, həm İsrailə, həm də fələstinlilərə heç bir hücumun və ya təhlükəsizlik müqavilələrinin pozulması riskinin olmamasını təmin etməyə kömək edəcək. Bu, Fələstin məsələsində yeni bir fəsil olacaq. Tələb olunarsa, biz bu qüvvələrə hərbi hissələr göndərməyə hazırıq. Lakin qüvvələr məsələsi hərtərəfli danışıqların mövzusudur", - nazir bildirib.

Bizə qoşulun