Medianews.az
Məşhur şirkət minlərlə işçini
53 baxış

Məşhur şirkət minlərlə işçini işdən çıxarır

Dünyanın ən böyük pərakəndə satış və texnologiya nəhənglərindən olan “Amazon” 16 min işçsini işdən çıxaracağını açıqlayıb.

Medianews.az xəbər verir ki, işçilərin çıxarılması süni intellekt sahəsində daha intensiv irəliləmək məqsədi ilə əlaqələndirilib. Bildirilir ki, ötən il şirkət 14 min işçini ixtisar etmişdi. Məlumata görə, bu rəqəm şirkətin təxminən 350000 nəfərlik ümumi korporativ işçi qüvvəsinin 9%-ni təşkil edir.

Şirkətin insan resursları üzrə baş vitse-prezident Bet Qaletti bu qərarın təşkilati təbəqələri azaltmaq və qərar qəbuletmə proseslərini intensivləşdirmək üçün verildiyini bildirib.

Bizə qoşulun