Medianews.az
Xərçəngə səbəb olan
93 baxış

Xərçəngə səbəb olan QİDALAR

Nutrisioloq İrina Merkulova emal olunmuş ət məhsullarının xərçəng riskini artıra biləcəyini bildirib. Onun sözlərinə görə, kolbasa, sosiska, bekon və vetçina kimi məhsullar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci qrup kanserogenlər siyahısına daxil edilib.

Medianews.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, gündəlik 50 qram emal olunmuş ət məhsulu yoğun bağırsaq xərçəngi riskini təxminən 18 faiz artıra bilər.

Şəkərli qazlı içkilər, hazır şirələr, yağlı souslar və sənaye üsulu ilə hazırlanan ədviyyatlar da sağlamlıq üçün təhlükəli hesab olunur.

Merkulova kolbasa məhsullarını tam ətlə əvəz etməyi, qazlı içkilər yerinə su içməyi və sousları ev şəraitində hazırlamağı tövsiyə edib. O əlavə edib ki, piylənmə və az hərəkətli həyat tərzi xərçəng riskini daha da artıran əsas amillərdəndir.

Nutrisioloqun sözlərinə görə, əsas məqsəd müxtəlif və balanslı qidalanmaq, tərəvəz və təbii məhsullara üstünlük verməkdir.

Medianews.az

Bizə qoşulun