Medianews.az
Xalq artisti oğlunun son vəsiyyətini
126 baxış

Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI

Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əli ilə bağlı kövrək xatirələrini bölüşüb.

Medianews.az xəbər verir ki, sənətçi həyatında ağır itkilər yaşadığını, buna baxmayaraq hər zaman güclü qalmağa çalışdığını bildirib. O, valideynlərinin də vaxtilə böyük acılar yaşadığını xatırladaraq, bu sınaqlardan mətanətlə keçdiyini vurğulayıb.

Dostəliyeva övladının vəfat etdiyi günü də xatırlayıb. Onun sözlərinə görə, hadisə Novruz bayramı günü baş verib. Gün ərzində hər şey normal olsa da, sonradan oğlunun halı qəfil pisləşib. Evdə olan həkimin müdaxiləsinə baxmayaraq vəziyyət ağırlaşıb.

Müğənni bildirib ki, oğlu son anlarında ona təsirli sözlər deyib. Əli anasına səhnəni tərk etməməsini tövsiyə edib, onu sevən insanların çox olduğunu xatırladıb. Eyni zamanda, ailə üzvlərinə diqqət yetirməsini istəyərək, xüsusilə Tamerlanı ona əmanət etdiyini deyib.

Sənətçi əlavə edib ki, həkimlər hadisə yerinə çatsa da, artıq gec olub. O, yaşadığı ağrını sözlə ifadə etməyin çətin olduğunu qeyd edib və kədərini daxilində daşısa da, insanlarla daha çox sevincini paylaşmağa üstünlük verdiyini deyib.//Milli.Az

Bizə qoşulun