Medianews.az
Uşaqları qripdən qorumağın
134 baxış

Uşaqları qripdən qorumağın təbii yolları

Qrip mövsümündə valideynləri narahat edən əsas məsələ uşaqların xəstəlikdən qorunmasıdır.

Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qrip – influenza virusunun törətdiyi yoluxucu tənəffüs yolu xəstəliyidir və əsasən öskürək, asqırma və təmas yolu ilə yayılır.

Xüsusilə məktəb və bağça kimi qapalı məkanlarda yoluxma riski artır.

Həkimlər uşaqları qripdən qorumaq üçün ilk növbədə immun sisteminin gücləndirilməsini tövsiyə edirlər. Bunun üçün C vitamini ilə zəngin meyvə və tərəvəzlər, həmçinin qatıq və kefir kimi probiotiklər rasionda yer almalıdır. Ev şəraitində hazırlanmış toyuq və tərəvəz şorbaları da orqanizmi dəstəkləyir. Bir yaşdan yuxarı uşaqlara bal, yeməklərə isə sarımsaq və soğan əlavə etmək faydalı hesab olunur.

Mütəxəssislər yaşa uyğun və nizamlı yuxunun immunitet üçün vacib olduğunu vurğulayırlar. Gigiyena qaydalarına əməl etmək, əlləri tez-tez yumaq və şəxsi əşyaları paylaşmamaq yoluxma riskini azaldır.

Evin mütəmadi havalandırılması və açıq havada fiziki aktivlik də uşaqlarda müqaviməti artırır. Bundan əlavə, zəncəfil, cökə, itburnu, adaçayı və digər bitkilərdən hazırlanan çayların qoruyucu və yüngülləşdirici təsiri olduğu bildirilir.

Medianews.az

 

Bizə qoşulun