Medianews.az
18 metr hündürlükdən yıxılan uşaq
90 baxış

18 metr hündürlükdən yıxılan uşaq SAĞ QALDI

ABŞ-də yeddinci mərtəbənin pəncərəsindən yıxılan 4 yaşlı uşaq sağ qalıb.

Medianews.az xəbər verir ki, hadisə Massaçusets ştatında baş verib.

Uşaq mulça üzərinə düşdüyü üçün zərbə xeyli yumşaldıb.

Hadisənin şahidləri dərhal köməyə qaçıblar. Uşaq həkimlər gələnədək şüurlu vəziyyətdə olub. Hazırda o, xəstəxanadadır və vəziyyəti sabitdir. Polis ehtimal edir ki, pəncərə havalandırma üçün açıq olub, uşaq isə qoruyucu toru cıraraq yıxılıb.

Medianews.az

Bizə qoşulun