Medianews.az
Ürək əməliyyatından sonra xasiyyət dəyişirmi? –
95 baxış

Ürək əməliyyatından sonra xasiyyət dəyişirmi? – Həkim AÇIQLADI - VİDEO

Ürək əməliyyatı yalnız bədəni deyil, eyni zamanda ruh halını da təsir edə bilər.

Medianews.az xəbər verir ki, bəzi xəstələr əməliyyatdan sonra özlərini tanımadıqlarını bildirirlər. Yaxınları isə dəyişikliklərdən təəccüblənirlər.

Damar Cərrahiyyəsi üzrə mütəxəssisi, professor Çingiz Köksal deyib ki, əməliyyatdan sonra xaraktercə sakit adamlar aqressiv, aqressiv olanlar isə sakit təbiətli olurlar. Bu dəyişikliklərin səbəbləri arasında qəfil əməliyyat qərarı, ölüm qorxusu, ürək masajı, ürəyin müvəqqəti dayanması və intensiv terapiyada yad mühitdə ayılmaq kimi travmalar göstərilir.

Həkim vurğulayıb ki, əməliyyat sonrası psixoloji və fiziki dəstək çox önəmlidir. Psixoloq, fiziki reabilitasiya və diyetoloq dəstəyi xəstələrin sağalmasını sürətləndirir.

Həmçinin, kiçik kəsiklə və ya ürəyi dayandırmadan edilən müasir cərrahi üsullar yalnız tibbi deyil, psixoloji fayda da verir. Bu yanaşma əməliyyat sonrası həyat keyfiyyətini yüksəldir və xəstələrin özünəgəlməsini asanlaşdırır.

Medianews.az

 

Bizə qoşulun