Medianews.az
SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu -
98 baxış

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu - VİDEO

Türkiyənin Tokat vilayətində yerləşən Niksar rayonunda 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilib ki, yeraltı təkanlar təxminən 6,37 kilometr dərinlikdə baş verib.

Zəlzələnin təsiri yalnız Tokatla məhdudlaşmayıb, həmçinin Samsun, Amasya, Çorum və Sinop vilayətlərində də hiss edilib. İlkin qiymətləndirmələrə əsasən, hadisə nəticəsində ağır dağıntı və insan itkisi qeydə alınmayıb. Lakin bəzi tikililərdə suvaq çatları və kiçik zədələr müşahidə olunub. Panika yaşayan bir neçə nəfər isə tibbi yardım üçün xəstəxanalara müraciət edib.

Hazırda aidiyyəti qurumların əməkdaşları bölgədə vəziyyəti araşdırır və təhlükəsizlik yoxlamaları aparır. Ehtiyat tədbiri kimi Tokatın bəzi rayonlarında məktəblərdə dərslər bir gün müddətinə dayandırılıb.

Bizə qoşulun