Medianews.az
Türkiyədə daha bir liseydə silahlı insident:
98 baxış

Türkiyədə daha bir liseydə silahlı insident: ölən və yaralananlar var - VİDEO/FOTO

Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbdə silahlı hücum baş verib.

Medianews.az xəbər verir ki, insident Onikişubat rayonundakı Ayser Çalık Ortaokulunda qeydə alınıb.

Vali Mükerrem Ünlüer bildirib ki, hücum nəticəsində 4 nəfər həyatını itirib. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub, məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə xəbərini alan valideynlər məktəbə axışıb. Şahidlərdən birinin sözlərinə görə, yaralanan uşaqların çox olduğu bildirilir.

Qeyd edək ki, bir gün əvvəl Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücum zamanı 16 nəfər yaralanmış, hücum edən şəxs isə intihar etmişdi.

Medianews.az

 

Bizə qoşulun