Türkiyədə liseyə silahlı hücum edilib.
Medianews.az Haberle.com-a istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib.
19 yaşlı şəxs məktəbə daxil olaraq ov tüfəngi ilə ətrafa təsadüfi şəkildə atəş açıb.
Hadisə nəticəsində müəllimlər, şagirdlər, bir polis əməkdaşı və bufet işçisi daxil olmaqla 16 nəfər yaralanıb. Hücum edən şəxs daha sonra intihar edib.
Rəsmi məlumata görə, hücumçu məktəbin keçmiş şagirdi olub və yalnız 9-cu sinifə qədər burada oxuyub. Yaralılardan bir neçəsinin vəziyyəti orta ağırdır, digərlərinin müalicəsi davam edir.
Silahlı hücum anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Kadrlarda hücumçunun məktəbə atəş açaraq daxil olduğu görünür.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az