Medianews.az
Türkiyə yenidən sərt qış gəlir -
54 baxış

Türkiyə yenidən sərt qış gəlir - 20 bölgəyə xəbərdarlıq edildi

Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək.

BAKU.WS xəbər verir ki, son günlər ölkə üzrə müşahidə olunan yazı xatırladan hava şəraiti yaxın günlərdə yerini yenidən qış soyuğuna verəcək.

Ölkənin Meteorologiya Baş İdarəsinin (MGM) proqnozlarına əsasən, temperatur göstəriciləri kəskin şəkildə enəcək, bir çox bölgədə güclü yağış və qar olacaq.

Kəskin hava şəraiti daha çox İstanbulda hiss olunacaq. Gələn həftənin əvvəlində şəhərdə əvvəlcə sulu qar, daha sonra isə qar gözlənildiyi açıqlanıb.

Marmara, Egey, Aralıq dənizi, Qərbi Qara dəniz bölgələri, Mərkəzi Anadolunun şimal və qərb əraziləri, Cənub-Şərqi Anadolunun qərbi, eləcə də Nevşehir və Karaman ətraflarında güclü yağış proqnozlaşdırılır.

Şərqi Anadolunun cənub-şərq hissəsində isə qar yağacağı gözlənilir.

Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib.

Yeni həftə ilə birlikdə havaların daha da soyuması gözlənilir.

Bazar ertəsi günündən etibarən Trakya bölgəsindən başlayaraq temperaturun sürətlə enəcəyi, bəzi yerlərdə şaxtanın qeydə alınacağı qeyd olunur.

Kırklareli və Edirnədə temperaturun mənfi 1 dərəcəyə qədər düşəcəyi, İstanbulda isə 15 dərəcədən 5 dərəcəyə enəcəyi proqnozlaşdırılır.

Bizə qoşulun