Medianews.az
Türkiyə geri döndü -
147 baxış

Türkiyə geri döndü - Arda Güler mundial səhnəsində

Türkiyə millisi 24 illik fasilədən sonra dünya çempionatına qayıdış oyununu keçirir.

Vankuverdəki BC Place stadionunda keçirilən qarşılaşma D qrupunda böyük maraq doğurur. Matç öncəsi ekspertlər Türkiyəni favorit hesab etsələr də, Avstraliyanın fiziki futbolu və əks-hücumları təhlükəli görünür.

Türkiyənin start heyətində bu oyunçular yer alır:

Uğurcan Çakır
Zeki Çelik
Merih Demiral
Abdulkerim Bardakçı
Ferdi Kadıoğlu
İsmail Yüksek
Hakan Çalhanoğlu (kapitan)
Arda Güler
Orkun Kökçü
Barış Alper Yılmaz
Kərim Aktürkoğlu

Avstraliyanın start heyətini də təqdim edirik:

Patrick Beach
Alessandro Circati
Harry Souttar
Cameron Burgess
Jacob Italiano
Jordan Bos
Paul Okon-Engstler
Aiden O'Neill
Connor Metcalfe
Nestory Irankunda
Mohamed Toure

Türkiyə texniki keyfiyyət və yaradıcılıq baxımından rəqibini üstələyir. Arda Güler, Hakan Çalhanoğlu, Orkun Kökçü və Ferdi Kadıoğlu kimi futbolçular oyunun taleyini həll edə biləcək səviyyədədir. Xüsusilə Arda Gülerin mundial debütü böyük maraqla izlənilir.

Avstraliya isə gənc və enerjili heyətlə meydana çıxıb. Baş məşqçi Toni Popoviç təcrübəli qapıçı Mett Rayanı ehtiyatda saxlayaraq Patrick Beachə şans verməklə sürpriz qərar verib./Musavat.com

Attachment

Bizə qoşulun