Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib.
Medianews.az bildirir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY, Azərbaycan Yazıçılar Birliyi və türk dünyasının tanınmış şair və yazıçıları iştirak ediblər.
Mərasim çərçivəsində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı"nın qalibləri mükafatlandırılıb, proqram bədii kompozisiya ilə davam edib.