Medianews.az
Ağcabədidə bıçaqlanan ər və arvadın vəziyyəti ilə bağlı
100 baxış

Ağcabədidə bıçaqlanan ər və arvadın vəziyyəti ilə bağlı RƏSMİ MƏLUMAT

Ağcabədidə bıçaq xəsarətləri alan ər və arvadın son vəziyyəti məlum olub.

Bu barədə Medianews.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, iyulun 16-da saat 14:30-da xəsarət alan iki nəfər - 1993-cü il təvəllüdlü kişi və 1999-cu il təvəllüdlü qadın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar:

"Hər iki pasiyentə döş qəfəsinin sol tərəfinin ön səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir".

Bizə qoşulun