Estoniyanın daxili işlər naziri İqor Taro Dublində keçirilən Avropa İttifaqı Şurasının iclasında Rusiyaya qarşı viza siyasətinin sərtləşdirilməsini tələb edib.
Medianews.az xəbər verir ki, nazir hazırkı vəziyyətdə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin artmasını tamamilə qəbuledilməz adlandırıb və rusiyalıların Avropada istirahət etmək və alış-veriş etmək imkanlarının olmamalı olduğunu bildirib.
Taro həmçinin xatırladıb ki, Estoniya Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərin Şengen zonasına girişinə qadağa qoyulması təşəbbüsü ilə çıxış edib və bu məhdudiyyətlərin bütün Aİ ölkələrində eyni qaydada tətbiq edilməli olduğunu vurğulayıb./Bakıvaxtı.az