Medianews.az
Ernan Kresponun yeni klubu
97 baxış

Ernan Kresponun yeni klubu bəlli oldu

Argentina millisinin sabiq futbolçusu Ernan Kresponun yeni iş yeri bəlli olub.

Medianews.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

51 yaşlı mütəxəssis Meksikanın "Atlas" klubuun baş məşqçisi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Kresponun son iş yeri Braziliyanın "San-Paulu" klubu olub. O, bu ilin martında baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Krespo məşqçilik karyerası ərzində BƏƏ-nin "Əl-Ayn", Qətərin "Əl-Duhail", eləcə də "Banfild" və "Modena" klublarını çalışdırıb./Qol.az

Bizə qoşulun