ABŞ-nin texnologiya nəhəngi “Apple” yenidən bazar kapitallaşmasına görə dünyanın ən bahalı şirkəti olub.
Medianews.az xəbər verir ki, “Nasdaq” birjasında keçirilən ticarət zamanı şirkətin səhmləri 333,94 dollara yüksəlib və bazar kapitallaşması 4,9 trilyon dollara çatıb. Bununla da “Apple” 4,83 trilyon dollarlıq bazar dəyərinə malik “Nvidia”nı geridə qoyaraq liderliyi bərpa edib. Üçüncü yerdə isə 4,19 trilyon dollar kapitallaşma ilə “Alphabet” qərarlaşıb.