Medianews.az
Trampın açıqlamasını
35 baxış

Trampın açıqlamasını qınadı

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donlad Trampın qınağına qınaqla cavab verib.

Medianews.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Tramp bu günlərdə bildirmişdir ki, Əfqanistanda ABŞ ilə birgə döyüşən NATO ölkələri qorxaqlıq nümayiş etdiriblər. Trampın sözlərinə görə, ABŞ-nin NATO-dakı mütəffiqləri həmişə Əfqanistanda döyüş xətindən uzaq durmağa çalışıblar.

Merts bunu yaxın tarixi ləkələmək kimi qiymətləndirib. O deyib ki, Əfqanistanda həm də ABŞ-nin maraqlarınaminə xidmət kemiş mütəffiqləri alçatmaq, qaralamaq yolverilməzdir. 

Almaniya kansleri on illər boyu formalaşmış hərbi blokun dayaqlarını sarsıtmaq meyillərini faktiki ağılsız bir hərəkət kimi dəyərləndirir.

Medianews.az

Bizə qoşulun