Donald Trampın ikinci prezidentlik müddətinin bir ili tamam olur.
1946-cı il təvəllüdlü Donald Tramp 2017-2021-ci illərdə prezident olub, 2025-ci il yanvarın 20-dən yenə dövlət başçısıdır.
Medianews.az bildirir ki, Donald Trampın komandasında seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur, Ağ ev aparatına Syuzan Uayls başçılıq edir.
Qalan vəzifələrdə bu şəxslər xidmət edir:
dövlət katibi – Marko Rubio
müdafiə naziri – Piter Heqset
ədliyyə naziri – Pamela Co Bondi
daxili işlər naziri – Duqlas Burqum
daxili təhlükəsizlik naziri – Kristi Noem
maliyyə naziri – Skott Bessent
nəqliyyat naziri – Şon Daffi
energetika naziri – Kristofer Rayt
kənd təsərrüfatı naziri – Bruk Rollins
ticarət naziri – Hovard Lütnik
tikinti və şəhər inkişafı naziri Skott Turner
təhsil naziri Linda Makmen
əmək naziri – Lori Çaves-Deremer
səhiyyə və sosial xidmətlər naziri – Robert Kennedi
veteranlarla iş naziri – Duqlas Kollins
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff
Milli Kəşfiyyatın direktoru – Tulsi Qabbard
İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout
Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler
ticarət nümayəndəsi – Ceymison Qrir
Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi – Maykl Uolts.
Medianews.az