Medianews.az
Toyuna 3 ay qalmış həyatı alt-üst oldu -
99 baxış

Toyuna 3 ay qalmış həyatı alt-üst oldu - FOTO

Türkiyənin İstanbul şəhərində yaşayan və toy hazırlıqları görən gənc qadın etdirdiyi botoks prosedurundan sonra ciddi problemlərlə üzləşib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, İdil Keten adlı gənc qadın özünü Rusiyada həkim kimi təqdim edən şəxsin evində botoks etdirdikdən sonra səhhətində ağır fəsadlar yaranıb.

Yanlış əzələyə vurulan inyeksiya nəticəsində onun sol göz qapağı sallanıb.

Məlumata görə, prosedurdan təxminən 9 gün sonra gözündə ağırlıq hiss edən Keten xəstəxanaya müraciət edib. Həkimlər ona botoksun yanlış nahiyəyə vurulduğunu və problemin ən azı 6 ay davam edə biləcəyini bildiriblər.

Gənc qadın bildirib ki, 3 ay sonra toyu var və üzündə yaranan problem səbəbindən mərasimi təxirə salmaq məcburiyyətində qala bilər. O, hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsdən şikayətçi olub.

İddialara görə, özünü həkim kimi təqdim edən şəxs məsuliyyəti qəbul etməyərək problemin botoksla əlaqəli olmadığını bildirib. İdil Keten isə vətəndaşları lisenziyasız və qeyri-rəsmi məkanlarda bu cür prosedurlar etdirməməyə çağırıb.

Medianews.az

Bizə qoşulun