Yanvarın 17-də İndoneziyanın Yogyakarta şəhərindən Cənubi Sulavesi əyalətinin paytaxtı Makassar istiqamətində uçan İndoneziya Hava Nəqliyyatına məxsus ATR 42-500 tipli təyyarə qəzaya uğrayıb.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 18-də İndoneziya xilasediciləri təyyarənin qalıqlarını Cənubi Sulavesi əyalətində yerləşən Bulusaraung dağının zirvəsində aşkar ediblər.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, xilasedicilər qəzaya uğrayan təyyarədə olan 10 nəfərin hamısının cəsədini tapıblar. Bildirilib ki, cəsədlərin təxliyəsi davam edir, lakin əlçatmaz dağlıq ərazi xilasetmə işlərini çətinləşdirir.
Məlumata əsasən, təyyarə Dənizçilik və Balıqçılıq Nazirliyi üçün çarter reysi həyata keçirir və balıqçılıq ərazilərinin hava monitorinqi ilə məşğul olurdu. Təyyarədə yeddi heyət üzvü və nazirliyin üç əməkdaşı olub.
