Medianews.az
Tehran: Şərtlərimiz qəbul olunmasa, qarşıdurma qaçılmazdır
100 baxış

Tehran: Şərtlərimiz qəbul olunmasa, qarşıdurma qaçılmazdır

ABŞ və İsrailin hücumlarından sonra müharibənin 40-cı günündə əldə olunan atəşkəs fonunda İran danışıqlara ehtiyatla yanaşdığını və nəticə əldə olunmasa, uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.

Medianews.az xəbər verir ki, İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Ekreminiya dövlət televiziyasına danışıb.

 O bildirib ki, atəşkəs İranın qəti mövqeyi nəticəsində qarşı tərəfə qəbul etdirilib və danışıqlar Tehran tərəfindən irəli sürülən şərtlər əsasında aparılır.

O qeyd edib ki, rəsmi Tehran danışıqların uğurlu olmasını istəsə də, nəticə əldə olunmazsa, uzunmüddətli qarşıdurmaya hazırdır.

Ekreminiya ABŞ-yə etimad göstərmədiklərini də vurğulayaraq, 2015-ci il nüvə sazişi zamanı qarşı tərəfin etibarsız mövqe nümayiş etdirdiyini xatırladıb.

İranın hərbi hazırlığının davam etdiyini bildirən sözçü, ölkənin mümkün gərginliyə hazır olduğunu deyib.

Bununla yanaşı, o, Hörmüz boğazı ilə bağlı qanun layihəsinə toxunaraq, keçidlərə görə ödəniş tətbiqinin ölkəyə iqtisadi fayda verə biləcəyini qeyd edib.

Medianews.az

 

Bizə qoşulun