“Qəhvənin həddindən artıq qəbulu ürək-damar sistemi üçün təhlükəlidir. Gündə dörd fincandan çox qəhvə ürək xəstəlikləri riskini artırır”.
Medianews.az xəbər verir ki, bunu rusiyalı onkoloq Vladimir İvaşkov deyib.
Həkim qeyd edib ki, qəhvənin tərkibində olan kafestol və kahveol adlı təbii birləşmələr qanda “pis xolesterol” səviyyəsini yüksəldə bilər. Buna görə də gündəlik qəbulun dörd fincandan çox olmaması tövsiyə edilir.
Mütəxəssis ən təhlükəsiz seçim kimi süzülmüş qəhvəni göstərib. Onun sözlərinə görə, filtr zərərli maddələrin bir hissəsini saxlayır.
Eyni zamanda, həkim qəhvəyə əlavə olunan qaymaq, tam yağlı süd və yağlı əlavələrin xolesterol səviyyəsini artırdığını vurğulayıb və yağsız və ya bitki mənşəli südün daha yaxşı seçim olduğunu bildirib.
Medianews.az