Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ildə Azərbaycanda hər 1000 nəfərə 3,6 nəfər təbii artım (doğum-ölüm nisbəti) qeydə alınıb.
Medianews.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə 1000 nəfərə təbii artım 20,4 nəfər olub.
1995-ci il 1000 nəfərə 12,2 nəfər, 2000-ci il 8,8 nəfər, 2005-ci il 10,7 nəfər, 2010-cu il 12,5 nəfər, 2015-ci il 11,7 nəfər, 2020-ci il 5,1 nəfər təbii artımla bitib.
2025-ci ildə 1000 nəfərə 9,4 doğum, 5,8 ölüm düşüb.
1991-ci ildə 1000 nəfərə 26,6 doğum, 1995-ci ildə 18,9 doğum, 2000-ci ildə 14,7 doğum, 2005-ci ildə 16,9 doğum, 2010-cu ildə 18,5 doğum, 2015-ci ildə 17,4 doğum, 2020-ci ildə 12,7 doğum rəsmiləşib.
1991 və 2005-ci illərdə 1000 nəfərə 6,2 ölüm, 1995-ci ildə 6,7 ölüm, 2000-ci ildə 5,9 ölüm, 2010-cu ildə 6 ölüm, 2015-ci ildə 5,7 ölüm, 2020-ci ildə 7,6 ölüm qeydə alındığı bəyan olunub.