Medianews.az
Təbiətin gizli filtri:
168 baxış

Təbiətin gizli filtri: Duman haqqında yeni KƏŞF

Alimlər müəyyən ediblər ki, duman sadəcə su damcılarından ibarət deyil, həm də milyonlarla bakteriyanın yaşadığı xüsusi bir mühitdir.

Medianews.az xəbər verir ki, araşdırmaya görə, bəzi bakteriyalar havadakı zərərli maddələri udaraq atmosferin təmizlənməsinə kömək edir.

Arizona Dövlət Universitetinin tədqiqatçıları bildiriblər ki, bir damcı duman suyunda təxminən 10 milyon bakteriya ola bilər.

Alimlər qeyd edirlər ki, bakteriyalar çirkli maddələri sadəcə udmur, həm də öz yaşayış mühitlərini qorumaq üçün onları zərərsizləşdirirlər. Bu proses nəticədə insanlar üçün də havanın keyfiyyətini yaxşılaşdırır.

Tədqiqatçılar eyni zamanda xəbərdarlıq ediblər ki, dumandan toplanan su steril hesab edilməməlidir. Onların fikrincə, belə su istifadə olunmazdan əvvəl mütləq yoxlanmalı və təmizlənməlidir.

Medianews.az

Bizə qoşulun