Endokrinoloq Anton Polyakov isti havalarda bəzi içkilərdən uzaq durmağı tövsiyə edib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, alkoqol, qəhvə və çay orqanizmdə susuzlaşmanı gücləndirə bilər.
Mütəxəssis bildirib ki, şirin içkilər, qazlı sular, şirələr və morslar da susuzluğu düzgün yatırmır və qanda şəkərin artmasına səbəb ola bilər. Bu isə orqanizmin su balansına mənfi təsir göstərir.
Polyakov əlavə edib ki, isti havada acılı yeməklər və fastfuddan da uzaq durmaq lazımdır. Həkimin fikrincə, bu məhsullar tərləməni artırır və sağlamlıq üçün əlavə risk yaradır.
Medianews.az