Şuşada 3 memarlıq abidəsinin bərpası və konservasiyası üçün 4,2 milyon manat vəsait ayrılıb.
Medianews.az xəbər verir ki, bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi açıq tender elan edib.
Müsabiqənin qalibi olacaq şirkətə Zöhrabbəyovların yaşayış evi, Qara Böyük Xanım Bürcü və Çuxur məhəllə məscidində görüləcək işlər üçün 4 milyon 206 min 345,20 manat ödəniş ediləcək.
Qeyd edək ki, tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 28-nə təyin olunub.