Medianews.az
Sürücülərə ŞAD XƏBƏR -
167 baxış

Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi

Qanunvericiliyə görə, yol hərəkəti qaydalarını pozan sürücü cərimə olunur və ona bəzi hallarda cərimə balı yazılır. Cərimə balı 20-ni keçdikdən sonra sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Amma burada bir məsələ var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə 60 manat cərimə varsa, bu zaman iki balın tətbiq olunmasına ehtiyac yoxdur. Hesab edirəm ki, burada bal ləğv olunmalıdır.

Medianews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimə ballarından danışarkən deyib.

Ekspert bildirib ki, şəhər mühitində sürücülər dayanma-durma qaydalarını tez-tez pozmalı olurlar:

"Şəhər mühitində məlumdur ki, sürücü dayanma-durma qaydalarını bilərəkdən və ya bilməyərəkdən tez-tez poza bilər. Onu da qeyd etsək ki, hazırda müşahidə kameraları vasitəsilə də cərimələr tətbiq olunur və kamera bütün hallarda dayanma-durma qaydalarının pozulmasına görə cərimə yazır. Bəzən araşdırdıqda görürsən ki, burada əsassız cərimələr də olur".

Ekspert hesab edir ki, ümumilikdə cərimə balı sistemi saxlanılmalıdır:

"Ümumilikdə biz cərimə balını ləğv edə bilmərik. Bu, çəkindirici bir alətdir ki, cərimə ödənilməklə yanaşı, cərimə balı da tətbiq olunur ki, kimsə öz iqtisadi vəziyyətinə güvənərək dəfələrlə qaydanı pozmasın. Sadəcə bəzi qayda pozuntularında, məsələn dayanma-durma qaydalarında balın tətbiq olunmaması daha yaxşı olar".

Bizə qoşulun