Medianews.az
Sumıda PUA hücumu nəticəsində
171 baxış

Sumıda PUA hücumu nəticəsində 3 nəfər həlak oldu

Rusiya istehsalı reaktiv pilotsuz uçuş aparatının Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.

Medianews.az xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində həlak olanlar “Novaya poçta” şirkətinin sürücüləri olub.

“Rusiya hərbçiləri insanların olduğu və işlədiyi mülki obyektə məqsədli şəkildə zərbə endirib. Hücum yerində genişmiqyaslı yanğın baş verib. Təkrar hücum təhlükəsi səbəbindən xilasedicilər tam şəkildə işləyə və zərbənin nəticələrini operativ aradan qaldıra bilməyiblər”, - Qriqorov Teleqram kanalında yazıb.

Məlumata görə, zərbənin episentrində iki nəfərin meyiti aşkarlanıb. Daha bir ağır yaralı kişi polis əməkdaşları tərəfindən ərazidən çıxarılıb, lakin xəstəxanaya aparılarkən dünyasını dəyişib.//Axar.az

Bizə qoşulun