Bakıda küçədə söyüş söyənlər həbs olunub.
Medianews.az xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən “Bayıldım” restoranının qarşısında baş verib.
31 yaşlı Samir, 28 yaşlı Firuz və 21 yaşlı Bahadur (şərti adlar) restoranın qarşısında özlərini qeyri-adekvat apararaq, ünvansız söyüşlər söyüblər. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq, irad bildirsələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam ediblər.
Nəticədə onlar saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Saxlanılan şəxslərin hər biri əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Samir 20, Firuz 15 və Bahadur isə 10 gün müddətinə inzibati qaydada həbs olunublar.//Lent.az