Medianews.az
Sülh Şurasında hansı ölkələr var? –
139 baxış

Sülh Şurasında hansı ölkələr var? – SİYAHI

Medianews.az saytı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan, yanvarın 22-də İsveçrənin Davos şəhərində Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və bir sıra digər ölkələrin dövlət, hökumət başçılarının nizamnaməsini imzaladığı Sülh Şurasına daxil olan ölkələrin siyahısını təqdim edir:

Albaniya

Amerika Birləşmiş Ştatları

Argentina

Azərbaycan

Belarus

Bəhreyn

Bolqarıstan

Ermənistan

İndoneziya

İordaniya

İsrail

Macarıstan

Mərakeş

Misir

Monqolustan

Pakistan

Paraqvay

Qazaxıstan

Qətər

Kosovo

Küveyt

Səudiyyə Ərəbistanı

Türkiyə

Birləşmiş Ərəb Əmirlikləri

Özbəkistan

Vyetnam.

Qeyd edək ki, Sülh Şurası əvvəlcə İsrail-Fələstin münaqişəsinə son qoymaq və Qəzza sektorunun yenidən qurulmasını təmin etmək məqsədilə ABŞ tərəfindən hazırlanan 20 maddəlik sülh planının bir hissəsi kimi təklif olunsa da, nizamnamədə Qəzza sektorundan bəhs olunmur. Bunun əvəzinə, orada bütün dünyada münaqişələrin həllinə yardım üzrə BMT-nin onilliklərdir oynadığı rolu əks etdirən görüşlər yer alıb.

Bəzi ekspertlər Sülh Şurasını “Donald Trampın BMT-si” də adlandırırlar.

Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində çıxış edərkən Tramp deyib ki, BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir.

ABŞ Prezidentinin sözlərinə görə, o, sona çatdırdığı səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb. Donald Tramp əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.

Medianews.az qeyd edir ki, Sülh Şurasının loqotipi BMT-nin loqotipinə bənzəyir. Fərq orasındadır ki, BMT-nin loqotipində bütün qitələr, Sülh Şurasının loqotipində isə Şimali Amerika və Mərkəzi Amerika ilə Cənubi Amerikanın bəzi bölgələri əks olunub.

Sülh Şurasının sədri ABŞ Prezidenti Donald Trampdır. Onun Sülh Şurasının sədri olması məsələsi birbaşa şuranın nizamnaməsində yazılıb. Eyni zamanda qeyd olunub ki, Donald Tramp ABŞ-nin bu şurada ilk nümayəndəsidir.

Sülh Şurasında sədr müstəsna səlahiyyətlərə malikdir.

Medianews.az

Bizə qoşulun