İsveçrənin Davos şəhərində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilir.
Medianews.az bildirir ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü irəli yaradılan bu şuranı bəzi ekspertlər Birləşmiş Millətlər Təşkilatının (BMT) alternativi, “Trampın BMT-si” kimi xarakterizə edirlər.
Davosdakı imzalanma mərasimində Sülh Şurasının loqotipi də nümayiş olunub.
Bu loqotip BMT-nin loqotipinə bənzəyir. Fərq orasındadır ki, BMT-nin loqotipində bütün qitələr, Sülh Şurasının loqotipində isə Şimali Amerika və Mərkəzi Amerika ilə Cənubi Amerikanın bəzi bölgələri görünür.
Sülh Şurasının loqtipi

BMT-nin loqotipi
