ABŞ prezidenti Donald Trampın mətbuat heyəti Çində təhlükəsizlik problemi səbəbindən təxminən 30 dəqiqə gecikib.
Medianews.az bildirir ki, bu haqda “The New York Times” nəşri məlumat yayıb.
Məlumatına görə, Çin təhlükəsizlik əməkdaşları ABŞ Məxfi Xidmət agentinin silahla Səma Məbədi ərazisinə daxil olmasına icazə verməyib. Bu isə iki ölkənin rəsmiləri arasında qısa müddətli gərginliyə səbəb olub.
Məlumata əsasən, tərəflər arasında aparılan danışıqlardan sonra kompromis əldə olunub və heyətin hərəkəti bərpa edilib.
Medianews.az