Tailandda qadın sevgilisini qəsdən avtomobillə vurub öldürüb.
Medianews.az xəbər verir ki, hadisə mayın 6-da Saraburi əyalətində magistral yolda qeydə alınıb.
Məlumata görə, qadının idarə etdiyi avtomobil motosikletlə eyni istiqamətdə hərəkət edən kişini arxadan vurub. Zərbənin təsirindən kişi avtomobilin şüşəsinə çırpılıb və daha sonra yerə düşüb.
Sonra qadın avtomobildən düşüb və kişinin başına ayaq basıb. Hadisə yerinə xilasedicilər cəlb olunsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı qadının mərhum ərinin dostu olan 38 yaşlı Apisit ilə münasibətdə olduğu müəyyən edilib. Qadının son aylarda ona böyük məbləğdə pul xərclədiyi, lakin kişinin əlaqəni kəsdiyi bildirilir. Bu səbəbdən hadisənin qəsdən törədildiyi ehtimal olunur.
Polis araşdırmanı davam etdirir.
Medianews.az