Medianews.az
Səssiz başlayan su müharibələri... -
102 baxış

Səssiz başlayan su müharibələri... - VİDEO

Susuzluq 21-ci əsrin ən təhlükəli geosiyasi böhranıdır. BMT 2050-ci ilə qədər planetin su ehtiyatlarının kəskin azalacağı ilə bağlı xəbərdarlıq edib. 

“Qafqazinfo” xəbər verir ki, mövzu ilə bağlı Real TV geniş material hazırlayıb. 

Videomaterialda bildirilir ki, su ehtiyatlarının kəskin azalmasının qarşısını almaq üçün mütləq şəkildə yeni su sxemlərinin işlənməsinə ehtiyac var. 

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov həmin sxemlərlə bağlı bildirib ki, su ehtiyatlarından daha qənaətlə istifadə etməliyik:

“Ölkələr arasında su ehtiyatları daha ədalətli bölünməlidir. Yuxarı axın və aşağı axın ölkələri arasında birbaşa razılaşmalar olmalıdır. Beynəlxalq konvensiyalar nəzərə alınmalıdır. Xüsusilə transsərhəd su idarəçiliyinə aid olan konvensiyalar bütün dövlətlər tərəfindən qarşılanmalıdır. Dövlətlər bu konvensiyalara üzv olaraq onların tələblərini yerinə yetirməldirlər”.

Daha ətraflı videomateriealda:

Bizə qoşulun