Medianews.az
Şənbə-bazar iş, yoxsa qeyri-iş günləridir? – Dekabrın 31-dən yanvarın neçəsinə qədər istirahətdir? -
555 baxış

Şənbə-bazar iş, yoxsa qeyri-iş günləridir? – Dekabrın 31-dən yanvarın neçəsinə qədər istirahətdir? - İZAH

Sosial şəbəkələrin Azərbaycan seqmentində bu ilin sonuncu şənbə və bazar günlərinin iş, yoxsa qeyri-iş günləri olduğu barədə müzakirələr gedir. Bəlli olduğu kimi, hökumət bəzən bayramlarda verilən istirahət günlərinin ardıcıllığını təmin etmək üçün iş və qeyri-iş günlərinin yerini dəyişir. Sosial şəbəkələrdəki müzakirələr də bununla əlaqədardır.

Lakin Medianews.az saytı diqqətə çatdırır ki, hökumətin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı belə bir qərarı yoxdur. Yəni bu həftənin şənbə və bazar günləri (27, 28 dekabr) istirahət günləridir.

Gələn həftənin bazar ertəsi və çərşənbə axşamı (29, 30 dekabr) iş günləridir.

31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günləridir.

31 dekabr hökumətin 2025-ci ilə, 1, 2 yanvar 2026-cı ilə aid qərarlarına əsasən bayram günləridir. 3, 4 yanvar isə şənbə-bazara düşdüyü üçün qeyri-iş günləridir.

Yanvarın 5-i 2026-cı ilin ilk iş günüdür.  

Beləliklə:

27, 28 dekabr – qeyri-iş günləri;

29, 30 dekabr - iş günləri;

31 dekabr, 1, 2, 3, 4 yanvar - qeyri-iş günləri;

5 yanvar - iş günü.

Medianews.az

Bizə qoşulun