Diyetoloq Yelena Solomatina səhər yeməyi üçün ideal qidaları açıqlayıb.
Medianews.az xəbər verir ki, diyetoloqun sözlərinə görə, düzgün səhər yeməyi zülal, karbohidrat və lif balansından ibarət olmalıdır.
Solomatina bildirib ki, ideal səhər yeməyi nümunələrinə yumurta və avokado ilə sıyıq, kəsmiklə giləmeyvə, eləcə də adi omlet daxildir. Avokado günün istənilən vaxtı yeyilə bilər və yeməyi daha doyumlu edir.
Diyetoloq qeyd edib ki, sıyıq və müsli daha çox günün ilk yarısında tövsiyə olunur. Müsli seçərkən isə şəkərli deyil, tam taxıllı və lifli tərkibli olmasına diqqət edilməlidir.
Medianews.az