Medianews.az
Şayiə sürətlə dünyanı bürüdü -
497 baxış

Şayiə sürətlə dünyanı bürüdü - Azərbaycan mediasına da yol tapdı

Bu gün Pakistan dövləti ilə münasibətləri gərgin olan iki ölkədə - Əfqanıstanda və Hindistanda Pakistanın sabiq baş naziri İmran Xanın həbsxanada öldürüldüyü haqda məlumat yayılıb.

Xəbər Azərbaycan mediasına da yol tapıb.

Medianews.az bildirir ki, sosial şəbəkələrin xarici ölkələrə, xüsusən Əfqanıstan və Hindistana aid seqmentlərində İmran Xanın meyiti kimi təqdim edilən foto da geniş paylaşılıb.

Lakin məsələ təsdiqlənmir və xəbərin əslində şayiə, fotonun isə montaj olduğu aydınlaşır.

Belə ki, İmran Xanın meyiti kimi təqdim edilən fotonun əslində 2022-ci ildə sabiq baş nazir özünü pis hiss edib yıxılarkən, xərəkdə aparıldığı zaman çəkildiyi dəqiqləşib. Yəni meyit şəkli xərəkdəki şəklin montajından ibarətdir.

İmran Xanın həbsxanada öldürülməsi şayiəsinin bu qədər inandırıcı alınmasına isə daha çox bacısının həbsxanada onunla görüşə buraxılmaması səbəb olub.

1952-ci il təvəllüdlü İmran Xan Pakistan hökumətinə 2018-2022-ci illərdə rəhbərlik edib. 2023-cü ilin yayından həbsdədir, korrupsiyada təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub. Onun həyat yoldaşı da eyni iş üzrə 7 il həbs cəzası alıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun