Medianews.az
Şahid: Hadisə anında
134 baxış

Şahid: Hadisə anında bıçaq əlində idi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə Bakıda həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Medianews.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid O.Q zərərçəkən Leyla Quliyeva ilə 3-4 ay müddətdir ki, bir yerdə işlədiklərini deyib:

"Hadisə vaxtı orada idim. Amma vurulma anını görmədim, çünki məni aşağı mərtəbədən çağırdıqları üçün oradan ayrıldım. Eşitdiyim ancaq dağılan qab-qacaq səsi idi. Təzədən həmin yerə qayıdanda Leylanı yerə yıxılmış vəziyyətdə gördüm, Fəxrəddin də əlində bıçaqla onun başının üstündə dayanmışdı".

Növbəti proses 15 iyul saat 16:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 2-də Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib. Bakı şəhər sakini 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt şəhər sakini 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çataraq, kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev şübhəli şəxs qismində saxlanılıb. L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Fəxrəddin Quliyev Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib./Lent.az

Bizə qoşulun