Elm adamlarının yeni araşdırmasına görə, gündəlik 10 min addım hədəfi mütləq şərt deyil.
Medianews.az-ın məlumatına görə, 18 klinik tədqiqatın meta-analizi göstərib ki, gündə təxminən 8 min 500 addım çəkinin qorunması və “yo-yo effekti”nin qarşısının alınması üçün kifayət edə bilər.
“Yo-yo effekti” arıqladıqdan sonra çəkinin yenidən sürətlə geri qayıtması və bu prosesin təkrar-təkrar baş verməsidir.
İtaliya və Livan tədqiqatçılarının “Ətraf Mühit Araşdırmaları və İctimai Sağlamlıq üzrə Beynəlxalq Jurnal” (“International Journal of Environmental Research and Public Health”) jurnalında dərc olunan araşdırması 3 758 nəfərin nəticələrinə əsaslanıb.
Nəticələrə görə, gündə orta hesabla 8 454 addım atan şəxslər bədən çəkisinin təxminən 4,4 faizini azaldıb və bu göstəricini qoruyub saxlayıblar. Tədqiqat həmçinin göstərib ki, fiziki aktivlik xüsusilə çəki saxlama mərhələsində daha təsirli rol oynayır.
Mütəxəssislər bildirirlər ki, 10 min addım hədəfi elmi əsasdan çox, 1960-cı illərdə formalaşmış marketinq yanaşmasının nəticəsidir. Yeni məlumatlar isə 8 min 500 addımın daha real və davamlı bir hədəf ola biləcəyini göstərir.
Bununla belə, hər əlavə 1000 addımın ölüm riskini azaldığı qeyd olunur, hətta 4 min addım belə sağlamlıq üçün faydalı hesab edilir.
Medianews.az