Rusiyada bir kişi 15 yaşayış obyektini yandırıb.
Medianews.az xəbər verir ki, hadisə Tomsk vilayətinin Seversk şəhərində baş verib.
Polislər hadisədən yerli sakinlərin ötən ilin iyul ayında baş verən ardıcıl yanğınlarla bağlı şikayətlərindən sonra xəbər tutublar. Araşdırma zamanı 16 hadisənin bir nəfər tərəfindən törədildiyi müəyyən edilib. Şübhəli şəxsin 15 mənzili və bir qəzalı qeyri-yaşayış binasını yandırdığı bildirilir.
Polis əməkdaşları şəxsin kimliyini müəyyən edərək onu saxlayıblar. Dindirmə zamanı o, əməllərini sadəcə alova baxmaq üçün etdiyini etiraf edib.
Faktla bağlı qəsdən əmlakın məhv edilməsi maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq davam edir. Hüquq-mühafizə orqanları onun digər oxşar yanğınlarda da iştirakını istisna etmir.
Medianews.az