Medianews.az
Sabiq prezidentə hökm oxundu
140 baxış

Sabiq prezidentə hökm oxundu

Seul məhkəməsi Şimali Koreya (KXDR) ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) göndərilməsində təqsirləndirilən Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolu 30 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, sabiq dövlət başçısı Pxenyanın hava məkanına döyüş PUA-larının göndərilməsi barədə əmr verib. İttiham tərəfinin qənaətinə görə, bu addım 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün süni bəhanə yaratmaq məqsədilə atılıb. Qeyd edək ki, fevral ayında Cənubi Koreya məhkəməsi Yun Sok Yol barəsində 2024-cü ilin dekabrında baş verən qiyama rəhbərlik etmək ittihamı ilə ömürlük həbs cəzası çıxarıb.

Keçmiş siyasətçi 2022-2025-ci illərdə prezident vəzifəsini icra edib. O, hərbi vəziyyət elan etdikdən və qanunvericilərin bu qərarı ləğv etməsinə mane olmaq üçün Milli Assambleyaya ordu yeritdikdən sonra, 14 dekabr 2024-cü ildə impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılıb. Həmçinin, onun parlament sədrini, eləcə də iqtidar və müxalifət partiyalarının rəhbərlərini həbs etmək göstərişi verdiyi də bildirilirdi./oxu.az

Bizə qoşulun