Medianews.az
"Sabah"ın sabiq futbolçusunun yeni ünvanı bəlli oldu -
125 baxış

"Sabah"ın sabiq futbolçusunun yeni ünvanı bəlli oldu - FOTO

"Sabah" futbol klubu ilə yollarını ayıran Cesse Sekidika karyerasında yeni səhifə açıb.

Nigeriyalı hücumçu bundan sonra Cənubi Koreyanın "Qanqvon" klubunun uğurları üçün tər tökəcək.

Asiya təmsilçisi təcrübəli forvardın yay transfer pəncərəsində heyətə qatılan ilk futbolçu olduğunu rəsmən elan edib. Sekidika yeni komandasında 70 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Cesse Sekidika 2023-cü ildən "Sabah"ın şərəfini qoruyub. Nigeriyalı futbolçu paytaxt təmsilçisinin heyətində çıxdığı 107 rəsmi qarşılaşmada 21 dəfə rəqib qapılarına yol tapıb və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, xüsusilə "Sabah"ın 2025/2026 mövsümündə tarixində ilk dəfə Azərbaycan çempionluğunu qazanmasında və qızıl dubla imza atmasında mühüm pay sahibi olub./oxu.az

Sabahın sabiq futbolçusunun yeni ünvanı bəlli oldu - FOTO

Bizə qoşulun