Medianews.az
"Sabah"dan mühüm addım:
122 baxış

"Sabah"dan mühüm addım: "Sivasspor"un futbolçusu birdəfəlik "bayquşlar"a keçir

"Sabah" növbəti mövsümün planlamasını davam etdirir.

Medianews.az İdmanxeber.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Velko Simiçi komandanın heyətində saxlamaq qərarına gəlib.

Müqavilə əsasında Türkiyənin "Sivasspor" klubuna məxsus olan futbolçu artıq birdəfəlik "bayquşlar"ın sırasına qoşulacaq.

Bu keçid üçün "Sabah" qarşı tərəfə lazımi təzminatı da təqdim edəcək. Belə ki, Azərbaycan klubu Simiçin transferinə görə təxminən 450 min avro məbləğində vəsait ödəyib.

Xatırladaq ki, serbiyalı futbolçunun Türkiyə klubu ilə olan rəsmi müqavilə müddəti gələn ilin yay aylarında başa çatır.

Bizə qoşulun