"Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda bu gün Uelsin TNS komandası ilə üz-üzə gəlib.
Medianews.az xəbər verir ki, səfərdə keçirilən qarşılaşmaya ilk oyundakı 2:0 hesablı üstünlüklə çıxan Bakı təmsilçisi bu dəfə də rəqibini 2:1 hesabı ilə məğlub edib.
"Bayquşlar"ın heyətində Coy Lens Mikkels (28) və Rəhman Daşdəmirov (42) fərqləniblər. TNS-in yeganə qolunu isə Coşua Lok (89) vurub.
Bu nəticə ilə "Sabah" iki oyunun yekununda 4:1 hesablı üstünlüklə Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.