Medianews.az
    Müğənni doğum günündə özünə bunu hədiyyə etdi
123 baxış

Müğənni doğum günündə özünə bunu hədiyyə etdi VİDEO

Müğənni Leyla Rəhimova doğum günündə həm özünə, həm də dinləyicilərinə xüsusi hədiyyə təqdim edib. Sənətçi həmkarı Mahir Zeynalovla birgə hazırladığı yeni musiqili layihəni – “Təki sən səslə məni” mahnısını və ona çəkilmiş klipi təqdim edib.

Medianews.az xəbər verir ki, romantik ovqatı və duyğusal ifası ilə seçilən mahnının musiqisi Mahir Zeynalova, sözləri isə tanınmış şair Eliağa Kürçaylıya məxsusdur. Bəstənin aranjımanı da Mahir Zeynalov tərəfindən hazırlanıb.

Mahnıya çəkilən klipin rejissoru Elsəvər Murtuzovdur. Ekran işi mahnının emosional atmosferini vizual həllərlə tamamlayaraq izləyicilərin marağına səbəb olub.

Layihənin məhz bu gün təqdim olunması isə təsadüfi deyil. Belə ki, yeni mahnı və klip Leyla Rəhimovanın doğum gününə özünə etdiyi ən gözəl hədiyyələrdən biri kimi ərsəyə gəlib.

Qeyd edək ki, “Təki sən səslə məni” artıq musiqisevərlərin ixtiyarına verilib və dinləyicilər tərəfindən maraqla qarşılanır.

Bizə qoşulun